əlaqə üçün: (+994 12) 595 22 80 info@azeredu.com


YÖS İMTAHANI HAQQINDA ÜMUMİ MƏLUMAT VERƏBİLƏRSİNİZMİ?

YÖS (Yabancı Öğrenci Seçme Sınavı) – Xarici Tələbə Seçmə İmtahanıdır. Türkiyə Dövlət və Özəl Universitetlərinin 90 %-na yaxını üçün qəbul imtahanıdır. Bəzi universitetlər isə (xüsusi ilə 100% ingiliscə təhsil verən ixtisaslar üçün ) SAT imtahanı istəyə bilərlər. Bundan başqa universitetlərin İncəsənət fakültələrində təhsil almaq istəyən tələbələr qabiliyyət imtahanı verməlidirlər. Xarici tələbələr 2010-cu ilə qədər OSYM tərəfindən keçirilən imtahan ilə universitetə qəbul olarkən, 2010-dan sonra ümumi YÖS imtahanından imtina edilmiş və xarici tələbə qəbulu mövzusunda universitetlərə öz kriteriyalarını özlərinin təyin etməsi haqqı verilmişdir. Universitetlər YÖK (Yükseköğretim Kurulu Başkanlığı) – ə məlumat verərək istədikləri şərtlərdə xarici tələbə seçimi edə bilərlər.

 


      YÖS İMTAHANINDA KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?

     YÖS imtahanında, Türkiyə universitetlərində bakalavr təhsili almaq istəyən xarici tələbələr və Türk olub məktəbi xaricdə bitirən tələbələr            iştirak edə bilərlər. Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun 
       
http://www.yok.gov.tr/web/guest/kendi-imkanlariyla-egitim-alacaklar

 

 


YÖS İMTAHANINI KİM TƏŞKİL EDİR?

YÖS imtahanı 2010-cu ilə qədər ÖSYM (Öğrenci Seçme Yerleşdirme Merkezi – Tələbə Seçmə Yerləşdirmə Mərkəzi) tərəfindən mərkəzləşdirilmiş şəkildə təşkil edilmiş, bu tarixdən etibarən universitetlər bu imtahanı özləri təşkil etməyə başlamışdır. YÖS imtahanı təşkil etməyən universitetlər adətən imtahan təşkil edən digər universitetlərdən toplanan balları qəbul etməklə və ya attestatla xarici tələbə qəbul etməkdədirlər.

 

 


      YÖS İMTAHANINDA HANSI FƏNDƏN NEÇƏ SUAL SORUŞULUR?
     İMTAHAN MÜDDƏTİ NƏ QƏDƏRDİR?

     Soruşulan sualların sayı və imtahan müddəti, imtahanı təşkil edən universitet tərəfindən təyin ediləbiləcəyi kimi, ümumi olaraq 45 Məntiq,
       35 Riyaziyyat və 5 Həndəsə sualı soruşulur. İmtahan müddəti isə bir çox universitetlərin imtahanında 90 dəqiqə olaraq təyin edilmişdir.

 

 


YÖS İMTAHANI NƏ VAXT VƏ HARADA KEÇİRİLİR? AZƏRBAYCANDA İMTAHANDA İŞTİRAK EDƏ BİLƏRƏMMİ?

Universitetlər YÖS imtahanı edəcəkləri tarixləri və yerləri özləri təyin edirlər. Bir çox universitet Azərbaycanın Bakı şəhərində imtahan təşkil edir. Universitetlərin imtahan yerləri və tarixləri ilə əlaqəli məlumatları AzerEDU internet saytının ana səhifəsində görə bilərsiniz. İmtahanlar adətən Aprel – May – İyun aylarında keçirilir.

 


      YÖS İMTAHAN NƏTİCƏM NEÇƏ İL ETİBARLIDIR ?

     Adətən imtahan nəticəsi 2 il etibarlı olmağı ilə yanaşı, bir neçə universitetdə imtahan nəticəsi 1 il etibarlıdır.

 

 

 


YÖS İMTAHANINDA İŞTİRAK ETMƏK ÜÇÜN ÖDƏNİŞ NƏ QƏDƏRDİR?

YÖS imtahanları üçün universitetlərin özlərinin təyin etdiyi imtahan ödənişləri var. Bu miqdar təxminən 50 Amerika Dolları ilə 150 Amerika Dolları arasında dəyişir.

 

 

 


      İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN YAŞ MƏHDUDİYYƏTİ VAR?

     İmtahanda iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur, ancaq qeydiyyatdan keçənlərin topladıqları ballar bərabər olduğu halda yaşı
       daha kiçik olana üstünlük verilir.

 

 

 


YÖS İMTAHANI TƏŞKİL EDƏN UNİVERSİTETLƏRİ VƏ 2016 İMTAHAN TARİXLƏRİNİ NECƏ ÖYRƏNƏ BİLƏRƏM?

Universitetlərin rəsmi internet saytlarından (http://www.yok.gov.tr/web/guest/anasayfa ) və AzerEDU internet saytının ana səhifəsindən (www.azeredu.com ) tapa bilərsiniz.

 


      İMTAHAN QEYDİYYATINI EDƏRKƏN MƏNƏ NECƏ KÖMƏK EDƏCƏKSİNİZ?

    Universitetlərin imtahan qeydiyyat tarixlərini elan etməklə birlikdə, qeydiyyatdan keçmək üçün lazım olan sənədləri, qeydiyyat vaxtlarını və
      ödənişlərini mərkəzimizdən öyrənə bilərsiniz. Bundan başqa üniversitetlərin təyin etdiyi imtahana giriş ödənişlərinin üniversitetlərin hesablarına
      ödənməsi lazımdır. Bu mərhələdə qarşılaşdığınız hər hansı bir çətinlik olarsa AzerEDU şirkət hesablarından ödənişlər barəsində sizə kömək edəcəyik.

 


YÖS İMTAHANINA HAZIRLIQ KURSUNUZ VAR?

YÖS imtahanına hazırlıq kurslarımız Bakı və Sumqayıt filiallarımızda davam etməkdədir. Hazırlıq kurslarımız həftədə 10 saat qrup dərsi və bununla birlikdə birəbir etüd dərsləri şəklində keçirilməkdədir. Bakı və Sumqayıt YÖS sinifləri haqqında məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz. ../azeredu-elaqe

 

 


      YÖS İMTAHANINA HAZIRLAŞMAQ ÜÇÜN NİYƏ AZEREDUYU SEÇMƏLİYƏM?

     Mərkəzimizdə YÖS dərsləri Məntiq, Riyaziyyat, Həndəsə olaraq ixtisaslaşdırılmış şəkildə keçirilməkdədir və hər ixtisasın müəllimi ayrı və
       sahəsində peşəkarlaşmışdır. Bundan əlavə hər sinif üçün həftədə 1 saat ödənişsiz Türk dili dərsi tədriz olunmaqdadır. Bununla yanaşı
       etüd dərslərimiz ödənişsizdir. Və hər tələbə, müəllimlərin uyğun vaxtına görə təyin edilən saatlar və günlərdə limitsiz etüd dərsi ala bilər. 
       Şagirdlərimiz üçün həftədə ortalama 2 dəfə sınaq imtahanı keçirilməkdə və nəticələr analizli şəklində valideynlərə məlumat verilməkdədir.
       Şagirdlərin dərsə müvəffəqiyyətilə yanaşı şagirdin sosial vəziyəti ilə əlaqədar məlumatlar valideynlərə müəyyən vaxtlarda təqdim edilir.
       Hər sinif üçün aylıq valideyn iclası təşkil edilir və dərslərdə davamsızlığı və ya müvəffəqiyyətsizliyi təyin olunan tələbələrin valideynlərinə
       məlumat verilir. İmtahana hazırlaşma müddətindəki dəstəyimizin yanında imtahan balınızı əldə ettikdən sonra qeydiyyat müddəti üçün çalışan kollektivimizin rəhbərliyində şagirdin özünə ən uyğun universiteti və ixtisası seçməsi üçün ödənişsiz rəhbərlik xidməti verilməkdədir. AzerEDU qurumları açıldığı gündən bu yana, bizimlə YÖS imtahanına hazırlanan şagirdlərdən universitetə qəbul olmayan olmamışdır.


TÜRKİYƏ CÜMHÜRİYƏTİ VƏTƏNDAŞIYAM AMMA ORTA MƏKTƏBİ XARİCDƏ BİTİRMİŞƏM. YÖS İMTAHANINDA İŞTİRAK EDƏ BİLƏRƏMMİ?

Türkiyə Vətəndaşı və Orta məktəbi xaricdə bitirdiysəniz siz də YÖS imtahanına xarici şagird statusunda girəbilərsiniz. Ətraflı məlumat üçün : http://www.yok.gov.tr/web/guest/kendi-imkanlariyla-egitim-alacaklar

 

 


      Əlaqə məlumatları.

    Əlaqə üçün: (+994 12) 595 22 80 
      E-mail: info@azeredu.com