əlaqə üçün: (+994 12) 595 22 80 info@azeredu.com



YDS (YABANCI DİL SINAVI) NƏDİR?

YDS (Yabancı Dil Sınavı) Türkiyədə ildə 2 dəfə mart və sentyabr aylarında keçirilməkdə olan və Türkiyədə magistr və tibbdə ixtisas üçün
lazım olan xarici dil imtahanıdır.

 

 

 


      YDS İMTAHANINDA KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?

      YDS imtahanında Tibb universitetində oxuyub uzmanlık (ixtisas) təhsilini davam etmək istəyənlər və magistr oxumaq istəyənlər iştirak edə bilərlər.

 

 

 


YDS İMTAHAN NƏTİCƏSİ NEÇƏ İL ETİBARLIDIR?

YDS imtahanı 5il etibarlıdır.

 

 

 

 


      YDS İMTAHANINDA BİR NEÇƏ DƏFƏ İŞTİRAK ETDİM. AXIRINCI TOPLADIĞIM İMTAHAN             NƏTİCƏSİ YOXSA ƏN YÜKSƏK NƏTİCƏM NƏZƏRƏ ALINACAQ?

      Ən yüksək topladığınız imtahan nəticəsi nəzərə alınacaq.

 

 


YDS İMTAHANINDA HANSI FƏNDƏN NEÇƏ SUAL OLACAQ ?

İmtahanda sual bölgüsü : ilk 18 sual söz və dil məlumatı, cümlə tamamlamaqdan 10 sual, tərcümədən 6 sual, mətn tamamlamaqdan 4 sual, məna təyin etməkdən5 sual, dialoqdan 4 sual, mətnlərdən 20 sual, eyni mənadan 4 sual, cəmi 80 sual.

 

 

 


      YDS İMTAHAN MÜDDƏTİ NƏ QƏDƏRDİR?

      İmtahan müddəti 150 dəqiqədir.

 

 

 


YDS İMTAHANA QEYDİYYAT TARİXLƏRİ VƏ İMTAHAN TARİXLƏRİ NƏ VAXTDIR ?

İmtahana qeydiyyat tarixi 1-ci maddədə qeyd etdiyimiz imtahan tarixindən təxminən 1 ay əvvəl keçirilir.

 

 

 

 


      İMTAHAN QEYDİYYATINDAN NECƏ KEÇƏ BİLƏRƏM?

    Qeydiyyat online olaraq aparılır və bundan əlavə imtahan tarixindən 3 gün əvvəl Türkiyədə imtahan mərkəzlərində təsdiq edilməlidir.

 

 

 


YDS İMTAHANINI KİM TƏŞKİL EDİR ?

İmtahan ÖSYM ( Öğrenci Seçme ve Yerleşdirmə Mərkəzi ) tərəfindən keçirilir.

 

 

 

 


      YDS İMTAHANINDA AZƏRBAYCANDA İŞTİRAK EDƏ BİLƏRƏM ?

     İmtahan yalnız Türkiyədə keçirilir.

 

 

 


YDS İMTAHANINA QEYDİYYATDAN KEÇƏRKƏN MƏNƏ NECƏ KÖMƏKLİK EDƏCƏKSİNİZ?

Sizdən lazım olan sənədlər tələb edilib online şəkildə qeydiyyat və ödəmə mərkəzimizdə həyata keçiriləcək.

 

 

 

 


      YDS İMTAHANINDA İŞTİRAK EDƏRKƏN YANIMDA NƏLƏRİN OLMASI LAZIMDIR ?

     İmtahana buraxılış vərəqi, xarici pasport və şəxsiyyət vəsiqəsi.

 

 

 


İMTAHAN NƏTİCƏLƏRİ NƏ VAXT AÇIQLANIR ?

Nəticələr imtahandan sonra təxminən 2 – 3 həftə müddətində məlum olur.

 

 

 

 


      YDS İMTAHANINDA SUALLAR HANSI DİLDƏ SORUŞULUR ?

     İmtahan 25 dildə keçirilir, lakin ingilis dili, alman dili və fransız dili üstün tutulur.

 

 

 


YDS İMTAHAN NƏTİCƏSİ İLƏ YALNIZ TÜRKİYƏDƏ MAGİSTRATURAYA MÜRACİƏT EDƏ BİLƏRƏM ?

İmtahan nəticəsi magistratura, Türkiyədə ingilis dili bölməsində təhsil alacaq olanların hazırlıq oxumaması üçün, denklik və doktorantura üçün istifadə olunur.

 

 

 


      YDS İMTAHANINDAN ƏN AZI NEÇƏ BAL TOPLAMALIYAM ?

     Əsas bal 100-dən 55 baldır. Ancaq 15-ci maddədəki istənilən yer və universitet şərtlərinə görə dəyişməkdədir.

 

 

 


YDS HAZIRLIQ KURSUNUZ VAR ?

YDS hazırlıq kursu sonbahar ( mart imtahanı üçün ) vaxtı və ilkbahar (sentyabr imtahanı üçün ) vaxtında 2 dəfə olaraq kursumuzda keçirilir.

 

 

 

 


      NƏ ÜÇÜN AZEREDU-NU SEÇMƏLİYƏM ?

    Azərbaycanda ən təcrübəli YDS hazırlıq kursu AzerEDU-dadır və bundan başqa imtahan nəticələrimiz ən yüksək səviyyədədir. İmtahan nəticələri və müvəffəqiyyətimiz sizinlə paylaşılır və dərslərimiz YDS mövzusunda təcrübəli Türk müəllimlər tərəfindən keçirilməkdədir.

 

 

 


Əlaqə məlumatları.

Əlaqə üçün: (+994 12) 595 22 80 
email: info@azeredu.com