əlaqə üçün: (+994 12) 595 22 80 info@azeredu.com


TIPDİL NƏDİR ?

Tibbdə uzmanlık üçün xarici dil imtahanıdır və uzmanlık (ixtisas) oxumağın şərtidir.

 

 

 


      TIPDİL İMTAHANINDA KİMLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR ?

     Tibbdə uzmanlık və dişdə uzmanlık oxumaq istəyən hər kəs iştirak edə bilər.

 

 

 


TIPDİL İMTAHAN NƏTİCƏSİ NEÇƏ İL ETİBARLI OLUR?

5 il etibarlıdır.

 

 

 

 


      TIPDİL İMTAHANINDA BİR NEÇƏ DƏFƏ İŞTİRAK ETDİM . AXIRINCI TOPLADIĞIM İMTAHAN        NƏTİCƏSİ YOXSA ƏN YÜKSƏK NƏTİCƏM NƏZƏRƏ ALINACAQ?

     Axırıncı yığdığınız imtahan nəticəsi nəzərə alınacaq.

 

 

 


TIPDİL İMTAHANINDA HANSI FƏNDƏN NEÇƏ SUAL OLACAQ ?

80 sual olaraq söz məlumatı, dil məlumatı, tərcümə və oxuduğunu başa düşmə bölmələrindən ibarətdir.

 

 

 

 


      TIPDİL İMTAHAN MÜDDƏTİ NƏ QƏDƏRDİR?

     İmtahan müddəti 150 dəqiqədir.

 

 

 


TIPDİL İMTAHANINA QEYDİYYAT TARİXLƏRİ VƏ İMTAHAN TARİXLƏRİ NƏ VAXTDIR ?

İmtahan mart və avqust aylarında keçirilir və qeydiyyatlar imtahan tarixlərindən 1 ay əvvəl aparılır.

 

 

 

 


      İMTAHAN QEYDİYYATINDAN NECƏ KEÇƏ BİLƏRƏM?

     İmtahan qeydiyyatı yalnız online olaraq keçirilir.

 


TIPDİL İMTAHANINI KİM TƏŞKİL EDİR ?

Ankara universiteti tərəfindən təşkil edilir.

 

 

 

 

 

 

 


      TIPDİL İMTAHANI AZƏRBAYCANDA TƏŞKİL OLUNUR ?

     İmtahan yalnız Türkiyədə, İstanbul və Ankara şəhərlərində keçirilir.

 

 

 


TIPDİL İMTAHANINA QEYDİYYATDAN KEÇƏRKƏN MƏNƏ NECƏ KÖMƏKLİK EDƏCƏKSİNİZ?

Sizdən lazım olan sənədlər tələb edilib online olaraq qeydiyyatı və ödəməsi mərkəzimizdə həyata keçiriləcək.

 

 

 

 


      TIPDİL İMTAHANINDA İŞTİRAK EDƏRKƏN YANIMDA NƏLƏRİN OLMASI LAZIMDIR ?

     İmtahana buraxılış vərəqi və xarici pasport.

 

 

 


İMTAHAN NƏTİCƏLƏRİ NƏ VAXT AÇIQLANIR ?

Nəticələr imtahandan 10 gün sonra açıqlanır.

 

 

 

 


      TIPDİL İMTAHANINDA SUALLAR HANSI DİLDƏ SORUŞULUR ?

     İngilis dilində, alman dili və fransız dilində soruşulur.

 

 

 


TIPDİL İMTAHAN NƏTİCƏSİ İLƏ YALNIZ TÜRKİYƏDƏ MAGİSTRATURAYA MÜRACİƏT EDƏ BİLƏRƏM ?

Magistratura üçün etibarlı deyil sadəcə Tibbdə və Dişdə ixtisas üçün keçirilir.

 

 

 


      TIPDİL İMTAHANINDAN ƏN AZI NEÇƏ BAL TOPLAMALIYAM ?

     Əsas bal 100-dən 50 baldır, yəni 80 sualdan 40 düzgün yazmalısınız, səhv cavablar düzgün cavablara təsir göstərmir.

 

 

 


TIPDİL HAZIRLIQ KURSUNUZ VAR ?

TIPDİL hazırlıq kursu ildə 2 sezon olmaqla keçirilir.

 

 

 

 


      NƏ ÜÇÜN AZEREDU-NU SEÇMƏLİYƏM ?

    Azərbaycanda ən yüksək nəticələri olan və 6 ildir bu istiqamətdə təcrübəmiz var, bundan başqa müvəffəqiyyətlərimizi sizinlə paylaşa bilərik. Dərslərimiz təcrübəli Türk müəllimləri tərəfindən keçirilir.

 

 

 


      Əlaqə məlumatları.

    Əlaqə üçün: (+994 12) 595 22 80 
      E-mail: info@azeredu.com