əlaqə üçün: (+994 12) 595 22 80 info@azeredu.com


Türkiyədə yerləşən dövlət və özəl Universitetlərin bir çoxu Attestsat qiymətləri ilə xarici ölkələrdən tələbə qəbul etməkdədir. Ümumiyyətlə, İstanbul, Ankara,İzmir, Antalya, Bursa kimi böyük şəhərlərdə yerləşən dövlət universitetləri Attestat qiymətləri ilə deyil, YÖS və ya SAT imtahan nəticələri ilə tələbə qəbul etməkdədir. Bunların xaricində digər şəhərlərdə yerləşən dövlət universitetləri Attestat qiymətlərini qəbul edir. Attestat ilə Türkiyə universitetlərinə müraciət üçün sənəd qəbulu AzerEDU Xaricdə Təhsil mərkəzində fevral ayından başlayıb Avqust ayının sonuna qədər davam etməkdədir. Qeydiyyatlar və lazım olan sənədlər üçün mərkəzimizə yaxınlaşa bilərsiniz.