əlaqə üçün: (+994 12) 595 22 80 info@azeredu.com


SAT İMTAHANI NƏDİR?

SAT (Scholastic Aptitude / Assessment Test) imtahanı Amerikada bakalavr təhsili almaq istəyən Amerikan və xarici
vətəndaşlardan tələb olunan bir imtahan olaraq yaranmış və daha sonra digər ölkələrdə artıq həm bakalavr həm də
magistr təhsili üçün bu imtahandan istifadə edilmişdir. Hal- hazırda isə Azerbaycanlı gənclər SAT immtahanı vasitəsilə
Türkiyənin prestijli universitetlərinə də qəbul ola bilərlər.

 

 

 

 


   SAT İMTAHANINA KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR?

    SAT imtahanına 9, 10, 11-ci sinifdə oxuyan məktəblilər, məktəb və ya üniversitet məzunları, təhsilini Amerikada,
    eləcə də Türkiyədə dəvam etdirmək istəyən bütün     gənclər müraciət edə bilərlər.

 

 

 


SAT İMTAHANINA HAZIRLAŞMAĞA BAŞLAMAQ ÜÇÜN HANSI SƏVİYYƏDƏ İNGİLİS DİLİNİ BİLMƏK LAZIMDIR?

 

 

 

SAT imtahanına ingilis dili səviyyəniz Upper Intermediate olduqdan sonra hazırlaşmağınız məsləhət görülür.

 

 

 


 

 

   SAT İMTAHAN NƏTİCƏSİ NƏ QƏDƏR MÜDDƏT KEÇƏRLİDİR?

    SAT imtahanın keçərlilik müddəti 5 ildir. Türkiyədə təhsil almaq istəyən xarici tələbələr üçünsə bu müddət 2 ildir.

 

 

 

 


 

SAT BALI NECƏ HESABLANIR? ƏN YÜKSƏK BAL NƏ QƏDƏRDİR?

SAT – nin hər üç bölməsi 200-800 bal arasında dəyişir.

 

 

 

 


      SAT İMTAHANIN MÖVZULARI NƏLƏRDİR?

      SAT imtahanı üç hissədən ibarətdir: 
      
Critical Reading (Analitik oxuma) - Bura cümlə tamamlanması və paraqrafla bağlı suallar daxildir. 
      
Mathematics (Riyaziyyat) – Orta məktəbin son üç ilində şagirdlərin öyrəndiyi riyazi biliklər əsasında qurulur. 
      
Writing (Yazı) – Bura çox cavablı suallar və inşalar daxildir.

 

 


KURSUNUZDA SAT DƏRSLƏRİ KEÇİRİLİRMİ?

Bəli keçirilir. Kursumuzda SAT - nin hər bölməsi həftədə 3 dəfə, 1.5 saat olmaqla keçirilir.

 

 

 

 


      SAT HAZIRLIQ KURSUNUZDA HANSI DƏRSLƏR KEÇİRİLİR?

     SAT hazırlıq dərsləri 3 bölmədən ibarətdir; Critical Reading (Analitik oxuma), Writing (Yazı), Mathematics (Riyaziyyat).

 

 

 

 


SAT İMTAHANIYLA BAĞLI MƏLUMAT ALMAQ VƏ QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN NƏ ETMƏLİYİK?

Mərkəzimizə gələrək ön ofisimizdən ətraflı məlumat ala bilər və qeydiyyatdan keçə bilərsiniz.

 

 

 


      SAT HAZIRLIQ KURSU ÜÇÜN NİYƏ SİZİ SEÇMƏLİYƏM?

      Biz, tələbələrimizin işində peşəkar xarici müəllimlərlə dərslərini mənimsəyərək imtahanda uğur qazanmaları üçün hər bir köməkliyi
        göstəririk.
        SAT imtahanı üzrə fərqimizi artıq dərslərimizdə iştirak etdikdə görə biləcəksiniz.

 

 

 


SAT İMTAHANINA QEYDİYYAT NECE OLUR?

İmtahana https://sat.collegeboard.org/home adresindən online qeydiyyatdan keçə bilərsiniz.

 

 

 

 


       İMTAHAN HANSI TARİXLƏRDƏ KEÇİRİLİR? İMTAHANA AZƏRBAYCANDA GİRƏ BİLƏRƏM?

     SAT imtahanı Azerbaycanda ildə 6 dəfə ortalama iki aydan bir keçirilir.

 

 

 

 


 

SAT İMTAHANI ÜÇÜN YAŞ MƏHDUDİYYƏTİ VARMİ?

SAT imathanı üçün heç bir yaş məhdudiyyəti yoxdur.

 

 

 

 

 


      Əlaqə məlumatları.

    Əlaqə üçün: (+994 12) 595 22 80 
      E-mail: info@azeredu.com