əlaqə üçün: (+994 12) 595 22 80 info@azeredu.com


- İlk öncə imtahan üçün lazım olanların evdən çıxmazdan əvvəl yoxlanılmasını unutmayın və nəyi imtahan otağına aparıb- aparmayacağınızı mütləq yoxlayın.
- İmtahana buraxılış vərəqəsini unutmayın, buraxılış vərəqəsində otaq və sıra nömrəsinə diqqət edin.
- İmtahandan əvvəl təbii ehtiyaclarınızı yerinə yetirin. İmtahan müddətində təcili bir vəziyyət yaranarsa nəzarətçi ilə bərabər tualetə gedə biləcəyinizi yaddan çıxartmayın.
- Paylanan cavab kağızında bir səhv olub olmadığını yoxlayın. Bir səhv görsəniz dərhal imtahan nəzarətçisinə deyin.
- Cavab kağızında şəklinizi, adınızı və şəxsiyyət vəsiqənizin seriya nömrəsini yoxlayın. Kağızın sizə aid olub olmadığından əmin olun.
- Vaxt itirmədən cavab kağızında kitabça növünü işarə edin. Kitabça növünü işarə etməyən bir çox tələbələrin nəticələri ləğv olunub.
- Sual kitabçasını sürətlə nəzərdən keçirib, əksik sual, əksik səhifə və ya çap səhvi görsəniz nəzarətçilərə bildirin və kağızın dəyişdirilməsini tələb edin.
- Cavab kağızında cavabları sadə qara qələmlə (sadə karandaş) işarə edin. Başqa qələm istifadə etməyin.
- Cavab kağızındakı dairələr optik oxuyucu tərəfindən oxunacaq. Ona görə də cavabları səliqəli şəkildə işarə edin. Dairədən kənara çıxmadan qaralayın. Optik oxuyucunun yalnız bir cavabı qəbul edəcəyini və iki qaralanmış dairənin səhv hesab olunacağını unutmayın.
- Köçürtmənin qadağan olduğunu unutmayın. Köçürtmə aşkar edilərsə imtahan nəticəniz ləğv olunacaqdır. İmtahan müddətində köçürdüyü aşkar edilən tələbələr haqqında nəzarətçilər tərəfindən akt yazıla bilər.
- Eyni şəkildə imtahan nəzarətçilərinin diqqəti yayındıran hərəkətlərini görsəniz uyğun bir dil ilə siz də xəbərdarlıq edə bilərsiniz.
- Sualları həll etdikdən sonra cavablarınızı düzgün işarə edib etmədiyinizi mütləq yoxlayın. Səhv işarə etmə və sürüşdürmə səbəbi ilə bir çox tələbə məyus olmuşdur.
- Və nəhayət imtahan sonunda cavab kağızındakı imza yerinə imzanızı çəkin və adınızı yazın.