əlaqə üçün: (+994 12) 595 22 80 info@azeredu.com


2011-ci ildə Xaricdə Təhsil Mərkəzi məqsədi ilə Bakıda qurulan AzerEDU, Azərbaycanlı tələbələrə xaricdə təhsil mövzusunda məqsədçilik etməyi və tələbələrin vəziyyətinə görə ən münasib ölkəni və ali məktəbi seçməklərini asanlaşdırmağı qarşısına məqsəd qoymuşdur. Xüsusilə Türkiyə, İngiltərə, Amerika, Avstraliya, Kanada, Malta və İrlandiyadakı universitet, kollec, dil məktəbləri və liseylərin Azərbaycan təmsilçisi olan AzerEDU, Azərbaycanlı öz tələbələrindən təmsil etdiyi məktəb və universitetlərin bir çoxu üçün hər hansı xidmət və ya məsləhətçi haqqı almır. 


2012-ci ildə xidmət sahəsini genişləndirən AzerEDU, xaricdə təhsil məsələrindən başqa, həmdə hazırlıq kursu kimi fəaliyyət göstərməyə başladı. Hazırlıq kursunda Türkiyə universitetlərinə hazırlıq üçün YÖS kursları, YDS, TIPDİL, ALES, SAT, Ümumi İngilis dili və Kompyuter kursları təşkil edən AzerEDU tələbələrinin sayını bir il müddətində 100-dən 250-ə çatdıraraq bu sahədə tələbələrin etibar etdiyi ünvan olmuşdur. Türkiyə universitetlərinə hazırlaşan bütün tələbələrini müvəffəqiyyətlə universitetlərə yerləşdirərək 100% müvaffəqiyyət faizi əldə etmiş və bu sahədə record qırmişdır.


2015-ci ilə yeni bir xidmət – American Life Language Institute Baku –la qədəm qoyan AzerEDU, əvvəlki illərin təcrübəsi ilə azərbaycanlı tələbələrin keyfiyyətli ingilis dili təhsilini Bakıda ala bilmələrinə şərait yaratmışdır. Son olaraq Türkiyənin ən tanınmış TUS hazırlıq kurslarından olan TUSEM ilə müştərək fəaliyyət göstərərək TUS hazırlıq kurslarını Azərbaycana gətirmişdir. Türkiyə və Orta Şərq coğrafiyasında ən böyük xaricdə təhsil sərgisi şirkəti olan “Akare Xaricdə Təhsil Sərgiləri” nin 2011-ci ildən bəri Azərbaycanda yeganə rəsmi filialı olan AzerEDU yüzlərlə xarici təhsil müəssisələrinin Azərbaycana gəlməyində də rol oynayır.