əlaqə üçün: (+994 12) 595 22 80 info@azeredu.com


 


ALES NƏDİR?

ALES ( Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı ) qısaca, ali təhsil ocaqlarında işə qəbul olmaq üçün lazım olan imtahandır.

 

 

 

 


      ALES İMTAHANINDA KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?

    Bir bakalavr proqramından məzun olacaq şəxslər və bakalavr proqramını qurtaranlar iştirak edə bilər.

 

 

 


 

ALES İMTAHAN NƏTİCƏSİ NƏ QƏDƏR VAXT KEÇƏRLİ OLUR?

İmtahanın keçirildiyi tarixdən etibarən 3 il keçərliliyi var.

 

 

 

 


      ALES İMTAHANINDA BİR NEÇƏ DƏFƏ İŞTİRAK ETMİŞƏM.
      AXIRINCI ALDIĞIM İMTAHAN NƏTİCƏSİ YOXSA ƏN YÜKSƏK BALIM KEÇƏRLİ OLACAQ? 

        Keçərlilik müddətində ən yüksək ALES balınızı istifadə edə bilərsiniz.

 

 

 


ALES İMTAHANINDA HANSI FƏNLƏRDƏN NEÇƏ SUAL OLACAQ?

Türk dili və Riyaziyyat fənlərindən birlikdə 160 sual soruşulur. Sözel 1, Sözel 2, Sayısal 1, Sayısal 2 olmaqla 4 bölmədən ibarət olan 
ALES imtahanInda hər bölmədən 40 sual soruşulur. Tələbələr ixtisaslarına uyğun olan 120 sualı cavablandıracaqlar.

 

 

 


      ALES İMTAHAN MÜDDƏTİ NƏ QƏDƏRDİR?

    150 dəqiqədir.

 

 

 

 


İMTAHANA QEYDİYYAT TARİXLƏRİ VƏ İMTAHAN VAXTLARI NƏ VAXTDIR?

ALES, biri Yaz vaxtı (adətən May ayında) digəri Payız vaxtı (adətən Noyabr ayında) olmaqla ildə 2 dəfə keçirilir.
İmtahan qeydiyyatları təqribən imtahandan 2 ay əvvəl edilir.

 

 

 


      İMTAHANA QEYDİYYATIMI HANSI YOLLARLA EDƏ BİLƏRƏM?

     İmtahana qeydiyyatlarınızda əvvəlcə ÖSYM - ə zəng etməli və Yabancı uyruklu Öğrenci Numarası (YU) almalısınız. 
       Daha sonra lazımı sənədlərlə birlikdə Ankara ÖSYM mərkəzinə gedib sənədləri təhvil vərməyiniz lazımdır.

 

 

 


ALES İMTAHANINI KİM TƏŞKİL EDİR?

Tələbə seçmə və yerləşdirmə mərkəzi (ÖSYM) tərəfindən təşkil edirilir.

 

 

 

 


      ALES İMTAHANINDA AZƏRBAYCANDA İŞTİRAK EDƏ BİLƏRƏM?

     Azərbaycanda ÖSYM təmsilçisi yoxdur. İmtahanda iştirak yalnız Ankarada mümkündür.

 

 

 

 


ALES İMTAHANI QEYDİYYATI EDƏRKƏN KİMDƏN KÖMƏK ALA BİLƏRƏM?

Qeydiyyatlarınızın edilməsində, tələbələrə YU nömrəsi alınmağında, lazım olan sənədlərin hazırlanmasında və qalma mövzusunda da 
AzerEDU sizə kömək edəcəkdir.

 

 

 

 


 

        ALES İMTAHANINDA İŞTİRAK EDƏRKƏN YANIMDA NƏLƏRİN OLMASI LAZIMDIR?

        a) ALES imtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi: sənəddə, tələbənin kimlik bilgiləri, şəkili, imtahana girəcəyi yer,
            imtahan tarixi və saatı, imtahan keçiriləcək bina və salon olacaq.

        b) şəkilli və təsdiqli xüsusi kimlik sənədi: imtahanda iştirak etmək üçün imtahana giriş və kimlik sənədindən başqa,
            tələbənin kimliyini göstərən şəkilli və möhür ilə təsdiqli bir sənəd (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s.) lazımdır.

            ALES imtahanına giriş və şəxsiyyət vəsiqəsinin əsli ilə xüsusi kimlik sənədini yanında gətirməyən bir tələbə səbəbi nə olursa olsun 
            imtahana buraxılmayacaq, imtahana buraxılsa da nəticəsi ləğv olunacaqdır.

           Tələbələrin imtahan binasına mobil telefonla girməyi qadağandır. İmtahana girərkən yuxarıda sadalanan sənədlərin
                                                                               və lazımı əşyaların olması lazımdır : ən azı 2 ədəd sadə qələm (karandaş), ləkə saxlamayan pozan və qələm yontan.


İMTAHAN NƏTİCƏLƏRİ NƏ VAXT MƏLUM OLUR?

Ən geci 1 ay müddətində nəticələr açıqlanır.

 

 

 

 

 


      ALES İMTAHANINDA SUALLAR HANSI DİLDƏ SORUŞULUR ?

    Bəli Türkiyədəki universitetlər üçündür. ALES balı ilə başqa ölkələrdəki universitetlərə sənəd verə bilməzsiniz.

 

 

 

 


ALES İMTAHANINDA ƏN AZI NEÇƏ BAL TOPLAMALIYAM?

ALES imtahanında ən azı 55 bal toplamalısınız.

 

 

 

 


      ALES -Ə HAZIRLIQ KURSUNUZ VAR?

    AzerEDU – da ALES hazırlıq kursu mövcuddur. Dərslər həftədə 4 gün və 10 saat keçirilir.

 

 

 

 


ALES İMTAHANINA HAZIRLIQ ÜÇÜN NİYƏ AZEREDU-YU SEÇMƏLİYƏM?

Təhsil şöbəsinin zənginliyinin vaxtaşırı ödənişsiz əlavə dərslər verən və zəngin materiallara sahib bir şirkət olaraq AzerEDU-nu seçə bilərsiniz. Bundan əlavə, müəyyən vaxtlarda keçirdiyi sınaqlar ilə inkişafınızı izləyə bilər həm də imtahan həyəcanınızı yox edə bilərsiniz. Şirkətimizin sınaqlarında, ALES imtahanına ən yaxın və çox istifadə olunan suallardan istifadə olunur. Bütün bunlarla bərabər, əvvəlki illərdə AzerEDU ilə ALES imtahanına hazırlaşan və Türkiyədə magistratiraya başlayan çox sayda tələbələrimiz bu sahədəki müvəffəqiyyətli işlərimiz mövzusunda sizə nümunə ola bilərlər.

 

 


      Əlaqə məlumatları.

    Əlaqə üçün: (+994 12) 595 22 80 
      E-mail: info@azeredu.com